BUDAPEŞTDƏ RAMİL SƏFƏROVUN BARƏSİNDƏ İKİNCİ İŞ ÜZRƏ BİRİNCİ MƏHKƏMƏ İCLASI KEÇİRİLMİŞDİR
Məlum olduğu kimi, 2004-cü il iyulun 19-da mühafizəçilərlə Ramil Səfərov arasında münaqişə baş vermişdir. O, hüquq mühafizə orqanının əməkdaşına qarşı zorakılıq etməkdə, ona yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilir. R.Səfərovu ikinci iş üzrə məhkəmədə vəkil Klara Fişer müdafiə edir.
Gözlənildiyi kimi, bu təşkilati iclas yarım saat çəkmişdir. Hakim iş üzrə vəkilin və prokurorun adlarını açıqlamış və Ramil Səfərovun ünvanına yönəldilən türkcə yazılmış ittihamı tanış olmaq üçün ona təqdim etmişdir. Növbəti iclası fevralın 21-də keçirmək haqqında qərar qəbul olunmuşdur.
Məhkəmə iclasında Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştdə təhsil alan tələbələrimiz də iştirak etmişlər.