Bugünkü yenidoğulan körpələrin gözlənilən orta həyat davamiyyəti 84 ildir
Bakı, 5 yanvar, AZƏRTAC
2021-ci ildə təxminən 140 milyon uşaq doğulacaq. Onların gözlənilən orta həyat davamiyyəti 84 il təşkil edəcək. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondundan (UNICEF) bildirilir.
Yeni ilin ilk günündə 370 mindən çox uşaq dünyaya gəlib. Körpələrin təxminən yarısı dünyanın 10 ölkəsində anadan olub: Hindistan - 59 995, Çin - 35 615, Nigeriya - 21 439, Pakistan - 14 161, İndoneziya - 12 336, Efiopiya - 12 006, Amerika Birləşmiş Ştatları - 10 312, Misir - 9 455, Banqladeş - 9 236 və Konqo Demokratik Respublikası - 8 640.
UNICEF-in icraçı direktoru Henrietta For bildirib ki, 2021-ci ilin ilk günlərində doğulan uşaqlar bir il öncəki dünyadan çox fərqli dünyaya göz açıblar.
“Gəlin elə edək ki, 2021-ci il uşaqlar üçün daha ədalətli, daha təhlükəsiz və daha sağlam olsun!”, - deyə Henriyetta For çağırış edib.
O, 2021-ci ildə UNICEF-in 75-illiyinin qeyd ediləcəyini xatırladıb. “Bu gün dünya qlobal pandemiya, iqtisadi tənəzzül, artan yoxsulluq və bərabərsizliyin dərinləşməsi ilə üzləşdiyi zaman UNICEF-in fəaliyyətinə ehtiyac hər zamankindən daha böyükdür”, - deyə Henriyetta For bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]