Bundesverin öz ravvinləri olacaq
Berlin, 21 dekabr, AZƏRTAC
AFR Müdafiə Nazirliyi və Almaniya Yəhudilərinin Mərkəzi Şurası Bundesverdə hərbi ravvinlər təsisatının yaradılması haqqında razılaşma əldə ediblər.
AZƏRTAC xəbər verir ki, tərəflər müvafiq memorandum imzalayıblar. Gələn ildən başlayaraq Almaniya ordusunda ilk paqonlu yəhudi hərbi qulluqçular fəaliyyətə başlayacaq.
Onların funksiyalarına yəhudi əsgərlərin mənəvi tələblərini təmin etmək daxildir.
Potstdam Universitetinin tarix fakültəsinin aspirantı Xəmsi Abdel AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Nasistlərin hakimiyyətə gəlişindən sonra Almaniya ordusunda yalnız katolik və lüteran kapellanlar qalıb. Hətta İkinci Dünya müharibəsi başa çatandan sonra da ravvinlər orduya qayıtmayıb, halbuki 1933-cü ilə qədər orduda olublar. İndi orduya alay müftilərini gətirməyin növbəsi çatıb, çünki zəmanə dəyişir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [20:24]
Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]