Buraxılış imtahanına qatılacaq şagirdlər “buraxılış vərəqə”lərini çap edə bilərlər
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana “buraxılış vərəqə”lərini http://eservices.dim.gov.az/sagirdBV/ keçidindən çap edə bilərlər. Eyni zamanda, təhsil müəssisələrinin bütün şagirdlərin imtahana buraxılış vərəqələrini də həmin keçiddən çap etdirməsi mümkündür. Çap üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən “qeyd” işarəsi götürülməlidir.
Şəxsiyyəti təsdiqləyən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün arayışı DİM-in saytından yükləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]