Butan Milli Assambleyasının sədri: Asiyada çoxtərəfli əməkdaşlıq qlobal sabitlik üçün vacibdir
Bakı, 19 fevral, AZƏRTAC
Asiya Parlament Assambleyası (APA) çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Qlobal miqyasda bir-biri ilə bağlı çağırışlar - iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklər fonunda Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələ təkcə regionumuz üçün deyil, bütövlükdə dünya üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Butan Milli Assambleyasının sədri Lunqten Dorci Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
Lunqten Dorci vurğulayıb ki, bu kimi qlobal problemlər parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bir daha nümayiş etdirir. Biz birgə addımlar ataraq sülh, sabitlik və xalqlarımızın rifahı naminə fəaliyyət göstərməliyik.
Asiyada çoxtərəfli əməkdaşlığın qlobal sabitlik üçün vacib olduğunu qeyd edən Butan Milli Assambleyasının sədri bildirib ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş 15-ci plenar iclas konstruktiv dialoq üçün mühüm platformadır. Bu sessiya fikir ayrılıqlarını aradan qaldırır, kollektiv qərar qəbulunu təşviq edir və regional birlik, əməkdaşlıq və sülh uğrunda ortaq öhdəliyimizi bir daha təsdiqləyir.
“Parlament diplomatiyası ənənəvi diplomatik səyləri tamamlayır və gücləndirir. Açıq dialoqu təşviq etməklə, qarşılıqlı inam yaratmaqla və vətəndaşyönümlü həlləri dəstəkləməklə biz iqtisadi tərəqqi, sosial ədalət və ekoloji davamlılıq arasında tarazlığı qorumaq siyasətinin inkişafına töhfə verə bilərik”, – deyə Lunqten Dorci qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [18:20]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [18:14]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:11]
Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da
- 30.09.2026 [18:08]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [18:04]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [18:03]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:59]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:47]
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir
- 30.09.2026 [17:46]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:45]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:34]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:29]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [17:25]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:23]
Payızın ilk “Ulduz”u
- 30.09.2026 [17:23]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [17:19]