BÜTÜN SEÇİCİLƏR ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ TƏMİN OLUNACAQLAR
Tovuz Rayon Polis Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, prezident seçkilərinədək bütün seçiciləri şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün şöbədə operativ qruplar yaradılmışdır.
Operativ qruplar tərəfindən yerlərdə vətəndaşların şəkilləri çəkilir, qan qrupları müəyyən edilir və digər sənədlər hazırlanır. Görülmüş tədbirlər nəticəsində son doqquz ayda 7 mindən artıq seçici şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Seçkilərdə iştirak edəcək 80 mindən çox seçicinin xeyli hissəsi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.