C. Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin növbəti uğuru
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin “Renessans” xoru (böyük yaş qrupu) və müəllimlərdən ibarət “Çinar” xoru Kazan şəhərində keçirilən “ALTIN AVAZ” xor kollektivlərinin və vokal ansambllarının III Beynəlxalq müsabiqəsində iştirak edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən müsabiqədə hər iki xor kollektivi müxtəlif əsərlər ifa edərək, I və III dərəcəli diplomlara layiq görülüb və laureat adını qazanıb.
“Çinar” xorunun rəhbəri Aytən Cəfərova “Yaradıcı kollektivin ən yaxşı rəhbəri” adlı xüsusi diploma, “Renessans” xorunun rəhbəri Nigar Səmədova “Ən yaxşı müəllim” adlı xüsusi diploma, konsertmeyster Səadət Məmmədova isə “Ən yaxşı konsertmeyster” adlı xüsusi diploma layiq görülüblər.