Cammu və Kəşmirdə atəşkəsin pozulması nəticəsində pakistanlı qadın həlak olub
Bakı, 29 iyul, AZƏRTAC
Pakistanla Hindistan arasında mübahisəli Cammu və Kəşmir bölgəsindəki təmas xəttində Hindistan hərbçilərinin atəşkəsi pozması nəticəsində ən azı 1 pakistanlının öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.
AZƏRTAC “DawnNews” telekanalının saytına istinadla xəbər verir ki, Haveli bölgəsi üzrə mülki müdafiə təşkilatının rəsmisi Məhəmməd Zahir Nezəpir məntəqəsində qarşı tərəfin pakistanlıların olduğu yaşayış məntəqəsini ağır silahlardan atəşə tutduğunu bildirib. Onun sözlərinə görə, bütün gecə davam edən atışmalar nəticəsində Məndhar kəndinin 45 yaşlı qadın sakini həlak olub. Yaralanan 7 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlarda ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal Hindistanın bölgə üzrə ali komissarına etiraz notası göndərildiyini deyib. Sənəddə tərəflər arasında 2003-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmaya əməl olunması tələb edilib. Qeyd olunub ki, bu ilin əvvəlində atəşkəs rejiminin pozulması nəticəsində 22 nəfər pakistanlı dinc sakin həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]