CƏMİYYƏT
Cari ilin 8 ayında ƏƏSMN-in e-xidmətlərinə12,2 milyon müraciət qeydə alınıb
![Cari ilin 8 ayında ƏƏSMN-in e-xidmətlərinə12,2 milyon müraciət qeydə alınıb](/files/2023/3/1200x630/16948453221881153571_1200x630.jpg)
Nazirliyin informasiya bazalarına e-sorğu sayı 203 milyon olub, 119,9 min pensiya, müavinət, təqaüd proaktiv təyin edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-ci ilin 8 ayında 12,2 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il də e-təyinatlar davam edib, 119,9 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 194 min fərdi şəxsi hesab açılıb.
Nazirliyin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə 259 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlar tərəfindən bu ilin 8 ayında nazirliyin informasiya bazalarına edilən sorğu sayı 203 milyon olub.