CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR
Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.
ABŞERON RAYONU
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın Xırdalan şəhərində keçirilən geniş iclasında 2008-ci ilin altı ayının sosial-iqtisadi inkişafına yekun vurulmuşdur.
İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və digər natiqlər çıxışlarında bildirmişlər ki, hesabat dövründə rayonda ümumən 37,5 milyon manatlıq və ya 12 faiz çox məhsul istehsal olunmuşdur. Bunun 87,2 faizi özəl sektorun payına düşür. Əmək haqqı 40,3 faiz artmışdır.
Tikinti işlərinin həcmi 57,7 faiz artmış, sərmayə qoyuluşu 3,4 dəfə çoxalmışdır. Abadlıq, yaşıllaşdırma işləri davam etdirilir, telekommunikasiya şəbəkəsi genişləndirilir.
Bildirilmişdir ki, altı ay ərzində rayonun kənd və qəsəbələrində yeni ambulatoriyalar, tibb məntəqələri, xəstəxanalar, uşaq bağçaları, idman kompleksləri, Gənclər sarayı, digər mədəni və sosial təyinatlı obyektlər istifadəyə verilmişdir.
Şuranın iclasında rayonun bütün qurumlarının fəaliyyəti ətraflı təhlil edilmişdir.
CƏBRAYIL RAYONU
Şuranın geniş iclasından əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, ulu öndərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsində əsas diqqəti mühüm iqtisadi göstəricilərə çəkərək bildirmişdir ki, cari ilin yarım ilində rayon büdcəsinin mədaxil hissəsi 115,7 faiz, məxarici isə 78,9 faiz icra edilmişdir. Büdcə mədaxilinin 95,5 faizi Maliyyə Nazirliyindən verilən dotasiya, 4,5 faizi isə yerli gəlirlərdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində yeni yaradılmış müəssisələrdə, eləcə də fiziki şəxslərin yaratdığı fərdi xidmət obyektlərində 851 nəfər daimi iş yeri qazanmışdır. 2200 nəfər Biləsuvar rayonundakı yeni qəsəbələrdə mövsümi kənd təsərrüfatı işlərinə cəlb edilmişdir.
İclasda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ölkə rəhbərliyinin diqqət və qayğısı yüksək qiymətləndirilmiş və xüsusi vurğulanmışdır ki, son beş ildə ölkədə 16177 məcburi köçkün ailəsi üçün 52 yeni qəsəbə tikilib istifadəyə verilmiş, ağır şəraitdə yaşayan 100 minə yaxın köçkün həmin qəsəbələrə köçürülmüşdür.
QARADAĞ RAYONU
Fəallar yığıncağında məruzə ilə çıxış edən icra hakimiyətinin başçısı Hüseyn İsrafilov bildirmişdir ki, yarım ildə rayon üzrə 163 milyon manata yaxın sənaye məhusulu istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına sərmayə qoyuluşu 77 179,6 min, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22 563,1 min, rabitə xidmətlərinin həcmi 760,6 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 4182,6 min manata çatmışdır. Neft hasilatı isə keçən ilin müvafiq dövrünə nisbətən 100,8 faiz olmuşdur.
Bildirilmişdir ki, hazırda sosial məsələlərin həllini daha da yaxşılaşdırmaq üçün ünvanlı sosial yardım proqramı icra edilir. Altı ayda 1367 ailə bu proqramla əhatə olunmuş və hər ailəyə təxminən 99 manat yardım göstərilmiş, 334 iş yeri açılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 548,3 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 24,8 faiz çoxdur.
Əhalinin və sosial əhəmiyyətli obyektlərin zəruri kommunal xidmətlərlə, o cümlədən su, istilik, elektrik enerjisi və təbii qazla fasiləsiz təchizatının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər görülmüşdür.
GƏNCƏ ŞƏHƏRİ
Ümumşəhər toplantısında məlumat verilmişdir ki, şəhərdə tikinti kompleksinin dinamik inkişafı yeni istehsal və sosial təyinatlı obyektlərin istifadəyə verilməsini təmin etmişdir. İlin birinci yarısında şəhər iqtisadiyyatının və sosial sahələrin inkişafına 31,8 milyon manatdan çox əsaslı sərmayə qoyulmuşdur. Altı ayda 177,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 39,3 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 99,6 faizi özəl sektorun payına düşmüşdür. Ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin həcmi 10,9 faiz artmışdır.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə yük daşınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz, sərnişin daşınması isə 12,2 faiz artmış, rabitə müəssisələri tərəfindən əhaliyə 1,7 milyon manatdan çox xidmət göstərilmişdir. Əhalinin gəlirləri 34,2 faiz artmış, orta aylıq əmək haqqı 33 faiz yüksələrək 160 manata çatmışdır. Yarım ildə 322 nəfər daimi işlə təmin olunmuş, 40 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 45 nəfərə isə işsizlik statusu verilərək müavinət ödənilmişdir.
Çıxışlarda azad sahibkarlığın inkişafından, təhsil sistemində görülən işlərdən də danışılmışdır.
UCAR RAYONU
Hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Arzu Qafurov açaraq bildirmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ümumi daxili məhsul istehsalı 27,3 faiz artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi 14,6 faiz, tikinti işlərinin həcmi 34,8 faiz, nəqliyyat xidmətlərinin həcmi 54,5 faiz, rabitə xidmətlərinin həcmi 21,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 35,7 faiz çoxalmışdır. Yarım ildə sərmayə qoyuluşunun həcmi 1,5 dəfə yüksəlmiş, orta aylıq əmək haqqı 39,7 faiz artaraq 142,5 manat təşkil etmişdir. Əhalinin pul gəlirləri 21,3 faiz çoxalmışdır.
10307 hektar taxıl zəmisindən 23781 ton məhsul yığılmışdır. Əkin sahələrinin, habelə yaşayış məntəqələrinin təsərrüfat və içməli su ilə təminatı yaxşılaşdırılmışdır. Yuxarı Şilyan suvarma kanalında 604,1 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Yarım ildə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələrində 332 min kubmetr həcmində 115 min manatlıq lildən təmizləmə və torpaqbasma işləri görülmüş, 53,6 min manat vəsait hesabına əsaslı təmir-bərpa işləri həyata keçirilmiş, 22 hidrotexniki qurğu cari təmir olunmuşdur. Yolların bərpasına 541,3 min manat vəsait xərclənmiş, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının maddi-texniki bazası gücləndirilmişdir.
ZƏRDAB RAYONU
Zərdablılar cari yarımilliyi sosial-iqtisadi sahədə uğurlu nəticələrlə başa vurmuşlar. Keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev hesabatında birinci yarımillikdə rayon üzrə məhsul istehsalının həcminin artdığını, xidmət sahələrinin genişləndiyini, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirlərinin yüksəldiyini bildirmişdir. Altı ayda rayonda 26 milyon 94,3 min manatlıq məhsul istehsal edilmiş, iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatında, o cümlədən taxılçılıqda, kartofçuluqda, heyvandarlıqda yaxşı nəticələr əldə olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət, süd, yumurta istehsalı xeyli artmışdır.
Hazırda smeta dəyəri 1,1 milyon manat olan süd emalı zavodu tikilir və burada 110 nəfər çalışacaqdır.
Rayonda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı ilə bağlı xeyli işlər görülmüşdür.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılmış və müvafiq qərar qəbul olunmuşdur.
QAZAX RAYONU
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov hesabat məruzəsində məlumat vermişdir ki, cari ilin altı ayı ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 37412 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayısədə 37,6 faiz coxdur. Adambaşına düşən məhsul istehsalı 428 manat, əsas kapitala sərmayə qoyuluşu 12287 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi iqtisadiyyatın bütün sahələrində nəzərəçarpacaq dərəcədə artmışdır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 22,3 faiz, tikintidə 88,5 faiz, nəqliyyatda 27,1 faiz, rabitədə 33,2 faiz, kənd təsərrüfatında 15,6 faiz, ticarət və xidmət sahələrində 33,1 faiz artım vardır.
Bildirilmişdir ki, ötən ilə nisbətən altı ayda ət istehsalı 23 ton, süd istehsalı 95 ton, yun istehsalı 2 ton, yumurta istehsalı isə 110 min ədəd artmışdır. Hesabat dövründə 2900 ton tərəvəz, 435 ton meyvə, 21455 ton taxıl istehsal edilmişdir.
Rayonda aparılan tikinti və abadlıq işlərindən də söhbət açılmışdır.
AĞSTAFA RAYONU
Cari ilin altı ayında rayonda ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz, sənaye məhsulunun ümumi həcmində 18,5 faiz, əsas kapitala yönəldilən investisiya qoyuluşunda isə 62,6 faiz artım qeydə alınmışdır. Ötən ilin birinci yarısı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 111,7 faiz, poçt və rabitə xidmətlərinin həcmi 118,8 faiz, parakəndə əmtəə dövriyyəsi 140,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 170,5 faiz təşkil etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov bildirmişdir ki, sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Ağstafa tikiş fabriki və asfalt zavodu yaxın günlərdə istifadəyə veriləcəkdir. Bu isə 1000-dən çox insanın daimi işlə təmin olunması deməkdir. Ümumiyyətlə, cari ilin ilk altı ayında rayonda 520 yeni iş yeri yaradılmışdır.
Əhalinin elektrik enerjisi və təbii qazla təmin olunması sahəsində görülən işlərdən də danışılmış, ilin sonunadək 13 kəndə mavi yanacağın veriləcəyi bildirilmişdir.
TƏRTƏR RAYONU
İlin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində xeyli iş görülmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev məruzəsində bildirmişdir ki, keçən ilin müvafiq dövrünə nisbətən ümumi daxili məhsulun buraxılışının həcmi 96 faiz artaraq 35064.6 min manat, o cümlədən sənaye məhsulu istehsalı 1829.9 min manat, kənd təsərrüfatı məhsulları istehsalı 18532 min manat, poçt, rabitə xidmətlərinin həcmi 180.9 min manat, nəqliyyat sektorunda yükdaşımaların həcmi 185 min manat təşkil etmişdir. Əsas kapitala yönəldilən sərmayələr 2024.9 min manat olmuşdur. Yanvar-iyun ayları ərzində rayonda 968 yeni iş yeri açılmışdır ki, bunlardan 118-i daimidir.
Hesabat dövründə əhalinin, idarə və müəssisələrin elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir. Əkinlərin suvarma suyuna olan tələbatını ödəmək üçün subartezian quyuları qazılmış, suvarma arxlarında və kanallarda lildən təmizləmə işləri aparılmışdır. Tikinti, abadlıq, quruculuq işlərinə, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına yönəldilmiş tədbirlər davam etdirilir.

AĞDAM RAYONU
Hesabat dövründə Quzanlı qəsəbəsində 60 çarpayılıq xəstəxananın, 2 uşaq bağçasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün, “Kapital” bankın Ağdam filialı üçün inzibati binaların, avtovağzalın, şəhidlər abidə kompleksinin tikintisinə başlanılmışdır. Yanvar-iyun aylarında 190 nəfər daimi, 615 nəfər mövsümi işlərlə təmin edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev hesabat məruzəsində bildirmişdir ki, altı ayda ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artaraq 23 milyon 918.7 min manata çatmışdır. Əsas kapitala yönəldilən vəsaitlər 3.4 dəfə artaraq 4 milyon 586.4 min manat, kənd təsərrüfatının ümumi həcmi 6.7 faiz artaraq 15 milyon 573 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 36.4 faiz artaraq 2 milyon 753 min manat təşkil etmişdir.
Rayonda 13.947 ton taxıl, 5.880 ton kartof, 7.524 ton tərəvəz, 220 ton meyvə istehsal edilmiş, qaramalın sayı 30.297, davarların sayı 107.975 başa çatmışdır. Ət, süd, yumurta və yem istehsalı artmışdır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, rabitə və s. sahələrdə görülən işlər haqqında məlumatlar dinlənilmiş, həlli vacib məsələlərdən danışılmışdır.
YARDIMLI RAYONU
Ümumrayon müşavirəsində bildirilmişdir ki, cari ilin birinci yarısında 25694 min manatlıq məhsul istehsal edilmiş, əhalinin pul gəlirləri 22236,5 min manat olmuş, 210 yeni iş yeri açılmışdır. Tikinti-quruculuq işlərinə diqqət artırılmış, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Etibar Fərruxov bildirmişdir ki, altı ayda Yardımlı şəhərində “Sahil” stadionu, DSMF-nin rayon şöbəsi üçün yeni inzibati bina, Viləşçay üzərində piyada və avtonəqliyyat körpüləri tikilib istifadəyə verilmişdir. Şəhərin Nizami küçəsinə içməli su xəttinin, rayon maliyyə idarəsi üçün inzibatı binanın, Nisəqələ, Gavran, Honuba Şıxlar kəndlərində orta, Jiy və Odurakəran kəndlərində ibtidai məktəblər üçün binaların tikintisinə başlanılmışdır. Telekommunikasiya qovşağının binası əsaslı təmir edilərək, burada 2500 nömrə tutumlu elektron tipli ATS quraşdırılmış, Əngəvül kəndində yeni qazpaylayıcı stansiya inşa edilmiş, 300 evə təbii qaz verilmişdir.
Çıxış edənlər qazanılmış nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də söhbət açmışlar.
ASTARA RAYONU
Şura iclasında məlumat verilmişdir ki, 2008-ci ilin birinci yarısında rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli iş görülmüşdür. Rayonun mərkəzi meydanında Heydər Əliyev parkı salınmış və parkın ərazisində böyük öndərin adını daşıyan muzey inşa edilmiş, Maşxan kəndində kərpic zavodu, Siyaku kəndində qum-çınqıl və asfalt zavodları, Astara şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binası, DSMF-nin rayon şöbəsi üçün inzibati bina tikilərək istifadəyə verilmişdir. Şəhərin Heydər Əliyev prospekti yenidən qurulmuş, Şahağac 2 nömrəli, Səncərədi və Rinə kənd orta məktəbləri üçün 360, Pensər 2 nömrəli məktəbi üçün 480, şəhər 4 nömrəli məktəbi üçün 400, Marzəsə əsas məktəbi üçün 180 yerlik məktəb binalarının tikintisinə başlanılmışdır.
İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov bildirmişdir ki, bu ilin altı ayında rayonda ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artaraq 36 milyon 432 min manat təşkil etmişdir. Bu dövrdə kənd təsərrufatı məhsullarının istehsalı 15,3 faiz, sənaye məhsulları istehsalı 2,7 faiz, pullu xidmətlər 71,8 faz, əsas kapitala yönəldilmiş vəsait 2,3 dəfə artmış, 3282 yeni iş yeri açılmışdır.
ZAQATALA RAYONU
Rayon fəallarının iştirakı ilə keçirilən müşavirədə bildirilmişdir ki, altı ayda ümumi məhsul istehsalı 68 milyon 42 min manat olmuşdur. Sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 10,7 faiz artaraq 10,3 milyon manata çatmış, 33,5 milyon manatlıq, yəni əvvəlki illə müqayisədə 14,5 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Hazırda gündəlik istehsal gücü 20 ton olan süd və illik istehsal gücü 3 min ton olan tütün emalı zavodları tikilir.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov məruzəsində vurğulamışdır ki, iqtisadi yüksəliş maliyyə və vergi sisteminə də təsir göstərmişdir. İlk altı ayda rayon büdcəsinin mədaxili 8 milyon manata çatmışdır. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 21,3 min ton olmuşdur. Rayonda 429-u daimi olmaqla, 936 yeni iş yeri yaradılmış, bütün maliyyə mənbələri hesabına 25,9 milyon manat həcmində tikinti, təmir və abadlıq işləri görülmüşdür. 66 fərdi yaşayış evi, onlarca yeni ticarət, xidmət və turizm obyektləri istifadəyə verilmişdir. Hava limanının, şəhid ailələri və əlillər üçün yaşayış evlərinin, yeni inzibati binaların, Müalicə Diaqnostika Mərkəzinin, stadionun tikintisi başa çatdırılmış, yeni məktəblərin inşası davam etdirilir.
Müşavirədə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərə də toxunulmuşdur.
BALAKƏN RAYONU
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov cari ilin birinci yarısında 212 daimi iş yerinin açıldığını, 668 nəfərin müvəqqəti, 1150 nəfərin isə mövsümi işlərə cəlb edildiyini bildirmişdir. Vurğulanmışdır ki, yeni idman, xəstəxana komplekslərində, yaşayış binasında tikinti işləri aparılmış, yem istehsalı zavodu fəaliyyətə başlamışdır. Rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 49,3 faiz artaraq, 44 milyon 781 min manat olmuşdur. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisi 39 faizdir.
Rayon mərkəzində 72 metr hündürlüyündə üçrəngli bayrağımız ucaldılmış, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yenidənqurma və abadlıq işləri görülmüş, yeni avtovağzalın, ticarət mərkəzinin, körpünün tikintisi tamamlanmış, 4 kənddə məktəb binalarının inşasına başlanılmışdır. Rabitə sistemi müasirləşdirilmiş, yeni ATS-lər quraşdırılmışdır.
Müşavirədə əhalinin kommunal xidmətlərlə təminatı sahəsində görülən işlərdən də danışılmışdır.
QAX RAYONU
2008-ci ilin birinci yarısında rayonda mal və xidmətlərin buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 466 min manat artaraq, 27 milyon 678 min manat olmuşdur. Rayonda 2 milyon 55 min manatlıq sənaye, 8 milyon 841 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Təmir-tikinti və abadlıq işlərinə 9 milyon 800 min manat vəsait xərclənmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 milyon 416 min manat çoxdur.
İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində qeyd edilmişdir ki, şəhərin giriş hissəsi müasir memarlıq üslubunda yenidən qurulmuş, park və xiyabanlarda genişmiqyaslı təmir-tikinti və yenidənqurma işlərinə başlanılmış, küçələrə asfalt döşənmiş, işıqlandırma sistemi təzələnmişdir. Güllük kəndində yeni elektron tipli ATS istifadəyə verilmiş, Baydarlı kəndində 360 şagird-yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Qeyd edilmişdir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün kəndlərdə 11 artezian quyusu qazılmışdır. Dağ çaylarında sahilbərkitmə işləri aparılmışdır. Əvvəlki illə müqayisədə 12,8 min ton çox, yəni 24,3 min ton payızlıq dənli bitkilər, 6,2 ton barama istehsal olunmuşdur. Tütünçülüyü inkişaf etdirmək məqsədi ilə müasir standartlara cavab verən 28 ədəd tütünqurutma kameraları quraşdırılmış, 138 hektar sahədə ətirli tütün sortları yetişdirilmişdir. Rayonda 1187 ton ət, 4981 ton süd, 3 milyon 870 min ədəd yumurta, 111 ton yun istehsal edilmiş, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün 2 süni mayalandırma məntəqəsi yaradılmışdır.
Görülmüş işlər nəticəsində yarım ildə 241-i daimi olmaqla, 605 yeni iş yeri açılmışdır.