CARİ İLİN YEKUNLARINA ƏSASƏN FƏRQLƏNƏN GƏNCLƏR VƏ İDMANÇILAR MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 9-da Heydər Əliyev adına İdman - Konsert Kompleksində “İrəli” Ümumrespublika Gənclər Hərəkatı, Yeni Azərbaycan Partiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2008-ci ilin yekunlarına əsəsən fərqlənmiş idmançı və gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən “İrəli” gənclər hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı idman-konsert kompleksinə toplaşan çoxsaylı tamaşaçıları təəcübləndirəcək bəyənatla çıxış etmişdr. C.Osmanlı üç il müddətində fəaliyyət göstərən, Azərbaycan gəcliyinin həyatında mühüm rol oynamış “İrəli” gənclər hərəkatının bu gündən buraxıldığını söyləmişdr.
Təşkilatın tarixi barədə danışan C.Osmanlı bu hərəkatın əsas məqsədinin milli mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir inkişafı özündə əks etdirən gəncləri səfərbər etmək olduğunu söyləmişdir. Üç illik fəliyyəti dövründə 6 minədək gənci özündə birləşdirən “İrəli” 60-dan çox beynəlxalq şəbəkə və təşkilatla əməkdaşlıq etmişdir. Hesab edirik ki, fəliyyət göstərdiyi müddətdə “İrəli” qarşıya qoyduğu məqsədlərə çatmışdır.
YAP gənclər təşkilatının sədri Ramin Həsənov isə gənclər siyasəti sahəsində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirmişdr. O demişdir ki, müstəqil Azərbaycanda gənclər hərəkatının formalaşması və inkişafında partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu vardır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bu tədbirin gənclərin ölkəmizin ictimai həyatında fəal iştirakını stimullaşdıracağına, gələcəkdə belə tədbirlərin keçirilməsinə daha çox təşkilatın cəlb olunacağına ümid etdiyini söyləmişdir. R. Abbasov Azərbaycan idmançılarının Pekin Yay Olimpiya Oyunlarında uğurlu çıxşını xatırladaraq, ölkəmizdə gənclər və idman siyasətinin uğurla həyata keçdiyini vurğulamışdır.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı zərbycan gənclərinin ölkəmizin ictimai - siyasi həyatında mühüm rol oynadığını xatırladaraq, gənclər siyasəti sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz xidmətini qeyd etmşdir.
Daha sonra gənclər və idman sahəsində Yeni Azərbycan Partiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “İrəli” gənclər hərəkatı 2008-ci ildə fərqlənmiş gənclər təşkilatlarını, idmançıları, habelə incəsənət xadimlərini fəxri fərman və hədiyyələrlə mükafatlandırmışlar. Mərasim konsert proqramı ilə başa çatmışdır.
######
![]() |
![]() |

