Cəbrayılın Arazboyu təbiət mənzərələri FOTO
Cəbrayıl, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın füsunkar guşələrindən olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Səthi əsasən maili düzənlik, Şimalda alçaq dağlıqdır. Cəbrayıl rayonu nadir təbiət abidələri sayılan yaşı 200-1600 illər arasında olan Şərq çinarı ağacları, qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, qeyri-adi flora və faunası ilə seçilən Diridağ, mineral maddələrlə zəngin su mənbələri ilə tanınıb.
Qədim Xudafərin körpüsü də Cəbrayıl ərazisindədir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüsü Azərbaycan memarlığının universal dəyərli abidəsidir.
AZƏRTAC Cəbrayıl rayonunun Arazboyu ərazilərinin təbiət mənzərələrini təqdim edir.