Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəfər Babayev: “Əlverişli Biznes Mühiti” layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə göstəricilərinin yüksəlməsinə zəmin yaradacaq

Cəfər Babayev: “Əlverişli Biznes Mühiti” layihəsi ölkəmizin beynəlxalq reytinqlərdə göstəricilərinin yüksəlməsinə zəmin yaradacaq

Bakı, 18 aprel, AZƏRTAC

Cari ilin fevralında Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə 2023-cü ildə təkmilləşdirmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin təqdimatı olub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev həmin Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cəfər müəllim, Dünya Bankı Qrupu yeni “Əlverişli Biznes Mühiti” layihəsini elan edib. Artıq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə ölkəmizdə biznesin funksionallığının təmin edilməsi, biznes mühiti ilə bağlı islahatların sürətləndirilməsi istiqamətində geniş fəaliyyətə başlanılıb. Bu prosesdə mühüm istiqamətlərdən biri də bazarda rəqabətin təmin olunması və rəqabətqabiliyyətliliyin artırılmasıdır. Əvvəlcə, qısaca olaraq, “Əlverişli Biznes Mühiti” layihəsinin bütövlükdə iqtisadiyyata, birbaşa olaraq isə sahibkarlıq subyektlərinə təsirindən danışmağınızı xahiş edirik. Bu layihə biznes üçün hansı yenilikləri vəd edir?

- Bildiyiniz kimi, “Əlverişli Biznes Mühiti” layihəsi özlüyündə bir dəyərləndirmə sistemi olmaqla, ölkə iqtisadiyyatının əsasını təşkil edən sahibkarlığın inkişafına yönələn layihədir. Layihə üzrə 10 indikator əsasında qiymətləndirmə aparılır. Bunlardan biri də “Bazar rəqabəti” indikatorudur. Bu indikatorlar üzrə yaradılan işçi qrupları tərəfindən artıq müvafiq sahələrin ilkin qiymətləndirilməsi, təhlili və diaqnostikası aparılıb, məhdudiyyətlər və təkmilləşdirmə imkanları müəyyən olunub, yol xəritələri və diaqnostika matrisaları tərtib edilib. Layihə sayəsində sadəcə mikro və kiçik sahibkarlığın deyil, bütövlükdə biznes mühitinin inkişafı prosesinin sürətlənməsi və bu sahədə zəruri islahatların aparılması təmin ediləcək. Görülən tədbirlər nəticəsində isə Azərbaycanın beynəlxalq reytinqlərdə göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksələcək.

- Cari ilin fevral ayında “Bazar rəqabəti” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirildi. Yol Xəritəsinin əsas parametrləri və komponentləri nədən ibarətdir?

- İşçi qrup tərəfindən tərtib edilən “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin əsas hədəfi azad, sağlam və dayanıqlı rəqabət mühitini formalaşdırmaq, qeyd olunan istiqamətdə hüquqi bazanı təkmilləşdirmək, özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qayda və təcrübələrin tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, rəqabətin təmin edilməsi sahəsində həyata keçiriləcək təşəbbüsləri, habelə gələcək fəaliyyətlər barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Bazar rəqabətinin səmərəliliyinin qiymətləndirilməsi üç əsas alt-indikator üzrə aparılacaq.

Bunlardan birincisi bazar rəqabətini təşviq edən qaydaların keyfiyyətidir. Bu istiqamətdə əsas diqqət göstəriləcək məsələlər rəqabət və dövlət satınalmaları üzrə qanunvericiliyin keyfiyyətinin yüksəldilməsidir.

Rəqabət qanunvericiliyi sahəsində işçi qrupunun nəzarət dairəsinə sövdələşmələrə (kartel) qarşı mübarizənin gücləndirilməsi, təsərrüfat subyektlərinin yenidən təşkili, habelə rəqabət sahəsi üzrə istehlakçı hüquqlarının müdafiəsi üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi daxildir. Eyni zamanda, mövcud Qanunda şəffaflıq və intizamlılıq səviyyəsini artıran, dövlət vəsaitindən səmərəli istifadəni təmin edən, sui-istifadə hallarını minimallaşdıran, nəzarət imkanlarını genişləndirən, satınalmaların tam elektronlaşmasına keçidi təmin edən “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin aidiyyəti üzrə təqdim olunması və qüvvəyə minməsi əsas hədəflərdən biridir.

İkinci indikator “Bazar rəqabətini təşviq edən dövlət xidmətlərinin adekvatlığı” kimi qeyd olunur. Bu indikator özündə institusional struktur və rəqabət qaydalarının icrasının keyfiyyəti və elektron satınalma platformalarında şəffaflıq və əməliyyat xüsusiyyətləri olmaqla iki əsas komponenti ehtiva edir.

Üçüncü indikator isə “Bazar rəqabətini təşviq edən əsas xidmətlərin həyata keçirilməsində səmərəlilik” indikatorudur. Səmərəliliyin təmin olunması istiqamətində müəyyən edilmiş komponentlər isə təsərrüfat subyektlərinin yenidən təşkili, dövlət satınalmasında proseslərin vaxt və xərc üzrə optimallaşdırılması, bazarın dinamikası və rəqabət davranışları istiqamətində beynəlxalq metodologiyanın tətbiqindən ibarətdir.

- Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayaraq tətbiq edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər. Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması, yeni xidmətlərin tətbiqi nəzərdə tutulurmu?

- Bəli, bu istiqamətdə də bir sıra addımlar atılıb və yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Artıq dövlət satınalmalarının elektron portalı hazırlanaraq istifadəyə verilib. Ötən ilin sonunda elektron satınalma portalında Mərkəzi Bankla inteqrasiya prosesi yekunlaşıb, cari il yanvarın 13-dən etibarən bank təminatlarının elektronlaşdırılması nəticəsində sahibkarların banka getmələrinə ehtiyac qalmayıb.

Bu inteqrasiya nəticəsində “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tərəfindən tender təklifinin təminatının satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim edilməsi təmin olunub.

Əlavə olaraq, bu ilin sonunadək rəqabət sahəsində iş proseslərinin də rəqəmsallaşdırılması məqsədilə Rəqabət portalının istifadəyə verilməsi nəzərdə tutulub.

- Bütün bu dəyişikliklərin biznes dairələri ilə açıq müzakirəsi aparılacaqmı? İctimaiyyətin məlumatlandırılması hansı şəkildə həyata keçiriləcək?

- Öncə vurğulamaq istəyirəm ki, dövlət-biznes münasibətlərində dialoqun qurulması Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin daim diqqət mərkəzindədir.

Dövlət Xidmətinin fəaliyyət sahələri üzrə aidiyyəti qurumlar, təşkilatlar və sahibkarlıq subyektləri ilə, eyni zamanda, assosiasiyalar ilə mütəmadi görüşlər keçirilir, qarşılıqlı fikir mübadiləsi aparılır və onların proseslərdə iştirakları təmin edilir. Qeyd olunan məsələlərlə bağlı atılan bütün addımlar kütləvi informasiya vasitələri, həmçinin Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır. Bundan əlavə, sahibkarlar, dövlət qurumlarının əməkdaşları və vətəndaşların iştirakı ilə maarifləndirici təlim, seminar və konfranslar təşkil edilir. Dövlət Xidməti tərəfindən atılan bu addımların dövlət-biznes münasibətlərinin və ölkədə sahibkarlıq mühitinin inkişafına müsbət təsir göstərəcəyinə inanıram.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Bu gün Beynəlxalq Sülh Günüdür

Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb