Cəlilabadda koronavirus xəstəsinin yaşayış yerini tərk etdiyi müəyyən olunub
Cəlilabad, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə COVID-19 infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad şəhər sakini R.Mehdiyevə koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub.
R.Mehdiyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun törətdiyi qanunazidd hərəkətə hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]