Cəlilabadda Vətən müharibəsi şəhidi Cavid Hüseynovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub
Cəlilabad, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun Hamarqışlaq kəndində Vətən müharibəsi şəhidi Cavid Hüseynovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Final oyununda “Petrovka” və “Albalan” komandaları qarşılaşıblar. Rəqibinə böyük üstünlüklə - 7:1 hesabı ilə qalib gələn “Petrovka” komandası turnirin qalibi olub.
Qaliblərə kubok, diplom və hədiyyələr təqdim olunub.