Cənubi Amerikanın yeddi ölkəsi Amazon meşələrinin mühafizəsi barədə saziş imzalayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Cənubi Amerikanın yeddi ölkəsi Amazon meşələrinin mühafizəsi və onların məhv olma səbəblərinə qarşı birgə mübarizə ilə bağlı razılığa gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq saziş sentyabrın 6-da Kolumbiyanın Letisiya şəhərində imzalanıb.
Kolumbiya Prezidenti İvan Duke sazişi imzalayan ölkələrin, eyni zamanda, meşələrin məhv olmasına, o cümlədən faydalı qazıntıların qanunsuz hasilatı, narkotik vasitələrin ticarəti və kənd təsərrüfatı sahələrinin qeyri-qanuni genişləndirilməsinə qarşı birlikdə mübarizə aparmaq barədə razılığa gəldiklərini bildirib.
Saziş Kolumbiya, Ekvador, Peru və Boliviya prezidentləri, həmçinin Braziliya, Qayana və Surinam nümayəndələri tərəfindən imzalanıb.
Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına əsasən, bu ilin ilk yeddi ayı ərzində yanğınlar dünyanın ağ ciyəri sayılan Amazon meşələrinin Braziliya ərazisində yerləşən 1,8 milyon hektarını - biom ərazisinin təxminən 0,44 faizini məhv edib. Miqyaslı meşə yanğınları, həmçinin Boliviya və Paraqvayda da qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]