Cənubi Koreya Kim Çen Inın səhhətinin pisləşməsi barədə məlumata malik deyil
Bakı, 21 aprel, AZƏRTAC
Koreya Respublikasının hakimiyyət orqanları KXDR lideri Kim Çen Inın səhhətinin pisləşməsi barədə məlumata malik deyil.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə hökumətin Şimali Koreyadakı vəziyyətlə tanış olan yüksək vəzifəli nümayəndəsi bildirib. O, bəzi Qərb KİV-lərində yer alan müvafiq məlumatları sərt tənqid edərək KXDR liderinin bu yaxınlaradək öz vəzifələrini icra etdiyini və ictimaiyyət qarşısına çıxdığını deyib. Sonuncu dəfə bu, on gün bundan öncə, aprelin 11-də olub.
Bir müddət əvvəl CNN telekompaniyası ABŞ administrasiyasındakı mənbəyə istinadla belə bir xəbər yaymışdı ki, Birləşmiş Ştatlar keçirdiyi cərrahiyyə əməliyyatdan sonra Kim Çen Inın səhhətinin pisləşməsi barədə kəşfiyyat məlumatlarını tədqiq edir. Mənbənin məlumatına görə, Şimali Koreya liderinin səhhətində ciddi problem yarana bilər.
Aprelin 16-da Koreya Mərkəzi Teleqraf Agentliyi öncəki gün Kim Çen Inın uzun illər ərzində ilk dəfə olaraq Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etmədiyi barədə informasiya yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:37]
Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib
- 19.05.2026 [14:36]
Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib
- 19.05.2026 [14:22]
Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb
- 19.05.2026 [13:04]
Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir
- 19.05.2026 [12:32]