Cənubi Koreya prezidentliyinə namizəd KXDR-lə rabitə kanallarını bərpa etməyə hazırdır
Bakı, 26 may, AZƏRTAC
Koreya Respublikasının Demokratik partiyasının prezidentliyə namizədi Li Çje Men Pxenyanla rabitə kanallarını, o cümlədən hərbi qaynar xətləri bərpa etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, xarici təhlükəsizlik siyasətini açıqlayan Li Çje Men, həmçinin Şimali Koreya ilə gərginliyə səbəb olan hərəkətləri qarşılıqlı şəkildə yatırmağa və vəziyyəti sabit şəkildə idarə etməyə çalışacağını deyib.
Siyasətçi, eyni zamanda, KXDR ilə dialoq, mübadilə və əməkdaşlığı təşviq etməyə və Koreya yarımadasında hər iki tərəfin birgə yaşamasına nail olmağa çalışacağını vəd edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya prokurorluğu onu qiyamda günahlandıraraq vəzifədən kənarlaşdırıb. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 3-nə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]