Cənubi Qafqazın ilk vençur fondu ikinci fond yaratmağı planlaşdırır
Bakı, 2 sentyabr, AZƏRTAC
Planımız ilk mərhələdə təxminən 50 startapa ilkin yatırım etmək idi. Bundan sonra isə həmin 50 layihə arasından ən perspektivli 5-10 startapa əlavə yatırım etmək niyyətindəyik.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim deyib.
“Bu yanaşma dünya praktikasında “follow-on investment” kimi tanınır. (Follow-on investment (əlavə sərmayə) — əvvəlcədən investisiya qoyulmuş bir şirkətə, mövcud investorlar tərəfindən verilən əlavə fonddur – red.)
Bundan başqa, hazırda ikinci fond üzərində də düşünürük. Bu dəfə investor bazamızı genişləndirərək Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən də sərmayədarları cəlb etməyi planlaşdırırıq. Məqsədimiz çoxmillətli, beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır. Əsas hədəfimiz, dediyim kimi, ikinci fondun yaradılması və daha beynəlxalq platforma qurmaqdır. Eyni zamanda mövcud portfeldəki ən uğurlu layihələrə əlavə yatırımlar edəcəyik. Digər tərəfdən, maarifləndirmə işlərinə də daha çox diqqət yetirmək istəyirik. Xaricdə uğur qazanmış azərbaycanlı təsisçiləri daha çox tanıtmaq, onların təcrübəsini bölüşmək vacibdir. Bu, həm gənclərə motivasiya verir, həm də ekosistemin inkişafını sürətləndirir”, - deyə Məmməd Kərim qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb
- 10.08.2026 [16:39]