Cənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub
Bakı, 22 avqust, AZƏRTAC
Cənubi Sudanda “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən az 17 nəfər, o cümlədən iki ekipaj üzvü həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə paytaxt Cuba şəhəri ətrafında aeroport yaxınlığında havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Təyyarənin paytaxtdan Vau və Aveyl yaşayış məntəqələrinə uçduğu bildirilir. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]