Ceyhun Bayramov: Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir. İki ölkə liderləri arasında çox xoş və səmimi münasibətlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Biz Çinin Mərkəzi Asiyaya marağının şahidiyik. O cümlədən Çinin bizim bölgəyə, Azərbaycana artan marağını görürük. Son dövrdə Azərbaycan ilə Çin arasında münasibətlərdə müsbət dinamika hiss edilir. Hazırda Çinlə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret təkliflər üzərində işlər gedir. Düşünürəm, yaxın zamanlarda onların reallaşmasının şahidi olacağıq”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]