Ceyhun Bayramov ilə Marko Rubio arasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.
Ötən il avqustun 8-də keçirilən Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.
Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [22:00]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ
- 09.08.2026 [10:00]
Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]