Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb YENİLƏNİB
Abşeron, 14 iyun, AZƏRTAC
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın saat 17 radələrində söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
X X X
16:42
Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]