Çaylarda suyun səviyyəsi qalxmışdır
Bakı, 9 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 9-da çaylarda araşdırma aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-210, Kiçik Qafqazda 130-135, Lənkəran-Astarada 40-70, Naxçıvan Muxtar Respublikasi çaylarında isə 30 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 116 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 85,0 kubmetr olmuşdur.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 679, Şirvanda 568, Salyanda 500, Bankədə 355, Araz çayının Novruzlu məntəqəsində isə 418 santimetr təşkil etmişdir. Bu isə bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]