Çempionlar Liqası: “Araz-Naxçıvan” İsveçə itki ilə yollanıb
Bakı, 20 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” bu gün İsveçə yollanıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin matçlarına 3-ü qapıçı olmaqla 14 futzalçı aparıb. Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinho, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavljeviç, Yaniç Aleksandar, Giovanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Qeyd edək ki, Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.
Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]