Çətənə bitkiləri yetişdirən Astara sakini saxlanılıb
Bakı, 12 iyul, AZƏRTAC
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, Ojakəran kənd sakini İntiqam Həkimov saxlanılıb. Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 127 kiloqram olan 61 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.