SİYASƏT
ÇEXİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNİN TƏRƏFDARIDIR
Azərbaycanda rəsmi səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberg AZƏRTAC-a bildirmişdir ki, Çexiya Cənubi Qafqaz ölkələri ilə hərtərəfli əlaqələrin möhkəmlənməsində çox maraqlıdır. Bunun üçün isə regionda tezliklə sülh bərqərar olmalıdır.
Çexiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəqiq və dəyişməz möqveyi vardır. Münaqişə ancaq sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq normalar çərçivəsində həll olunmalıdır.
######