Çexiya xəstəxanalarında pişiklər pasiyentlərin reabilitasiyasına dəstək verir
Praqa, 23 iyul, AZƏRTAC
Çexiyada bəzi xəstəxanalarda pasiyentlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə felinoterapiya proqramları uğurla tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, xüsusi hazırlıq keçmiş pişiklər xəstələrin müalicə və reabilitasiya prosesində onlara emosional dəstək göstərmək üçün palatalara aparılır.
Mütəxəssislərin sözlərinə görə, heyvanlarla ünsiyyət insanların stres və narahatlıq səviyyəsini azaldır, özünü daha rahat hiss etməsinə kömək göstərir. Terapiya seansları hər bir pasiyentin sağlamlıq vəziyyəti nəzərə alınmaqla fərdi qaydada təşkil olunur. Xəstələr pişikləri sığallayır, qucaqlarına götürür və onların mırıltısını dinləyirlər.
Həkimlər bildirirlər ki, bu üsul əsas müalicəni əvəz etməsə də, sağalma prosesinə müsbət psixoloji təsir göstərir.
Layihə həm tibb işçiləri, həm də pasiyentlər tərəfindən yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]