Çexiyada avtomobil istehsalı doqquz ayda 11,5 faiz artıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Çexiyada minik avtomobillərinin istehsalı yanvar-sentyabr aylarında illik ifadədə 11,5 faiz artıb. Həmin müddət ərzində ölkə ərazisindəki zavodlarda 1 milyondan çox avtomobil istehsal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya Avtomobil Sənayesi Assosiasiyasının press-relizində deyilir.
Ölkədə istehsal olunan avtomobillərin böyük əksəriyyəti - 92 faizi (939 min 716 avtomobil) digər ölkələrə ixrac edilib. Avtomobil ixracı 2023-cü ilin ilk üç rübündə illik ifadədə 10,7 faiz artıb. Eyni zamanda, daxili bazarda satılan avtomobillərin sayında artım ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz təşkil edib.
Çexiyada istehsal olunan elektromobillərin sayında da artım qeydə alınıb. Yanvar ayından sentyabradək 134 min 324 elektromobil istehsal edilib ki, bu da ölkədə ümumi avtomobil istehsalının 13,2 faizinə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]