Çexiyada kollektiv şəkildə ekskursiyalar və konfranslar təşkil edilməsinə yenidən icazə veriləcək
Praqa, 25 may, AZƏRTAC
May ayının sonucu günündə Çexiyada muzeylərə və qalereyalara ekskursiyalar təşkil edilməsinə, habelə qapalı məkanlarda konfranslar keçirilməsinə yenidən icazə veriləcək.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərin iştirakçıları vaksinləmə keçmələrini, koronavirus testinin mənfi nəticəsini və ya əvvəllər koronavirus xəstəliyi keçirib sağalmasını təsdiq edən sənəd təqdim etməli olacaqlar.
Muzeylərə qrup halında ekskursiyaların iştirakçılarının sayı 30 nəfərə qədər ola bilər. Bundan əlavə, iki metr sosial məsafə gözlənilmək şərti ilə ən çoxu 30 nəfər musiqiçinin iştirakı ilə məşqlər keçirilməsinə icazə verilir.
Qapalı məkanlarda keçirilən konfranslarda yuxarıda adları çəkilən sənədlər təqdim edilmək şərti ilə eyni vaxtda 250 nəfərə qədər iştirak edə biləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]