Çexiyanın elmi tədqiqat müəssisələri ilə Dilçilik İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulacaq
Bakı, 1 noyabr, AZƏRTAC
Çexiyanın Azərbaycandakı səfirinin müavini Martin Laboyatski AMEA Nəsimi adına Dilçilik İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qonağa institut haqqında ətraflı məlumat verən elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli görülən işlərdən, perspektivlərdən, qarşıya qoyulan məqsədlərdən danışıb.
Görüşdə müqayisəli birgə araşdırmalar, kadr hazırlığı sahəsində müştərək işlər, birlikdə onlayn seminarlar, digər tədbirlərin təşkili, dilçilik elmi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Martin Laboyatski Çexiyanın elmi tədqiqat müəssisələri ilə Dilçilik İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olacağına ümidvar olduğunu diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]