Çikaqoda Azərbaycan bayrağı ucaldılıb
Bakı, 30 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 May - Respublika Günü münasibətilə aksiya keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən “Daley Center”də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb. Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.