Çin basketbolçusu Yao Min Mars planetinə səfir təyin edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Karyerasını bitirmiş peşəkar Çin basketbolçusu Yao Minə qeyri-adi və rəmzi təyinat verilib.
AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, o, Mars planetinə səfir təyin edilib. Vaxtilə “Hyuston Roket” klubunda forma geyən Yao Min Milli Basketbol Assosiasiyasında səkkiz mövsüm keçirib.
Otuz altı yaşlı idmançıdan başqa, sözügedən fəxri missiyaya Çinin daha 10 məşhur adamı təyinat alıb. Səfir missiyasında məqsədin kosmik proqramın öyrənilməsinə, gələcəkdə Marsa uçuşlara dəstək göstərmək və ictimaiyyətin bu təşəbbüsə diqqətini cəlb etməyə yönəlib.
Hələ avqust ayında rəsmi Pekin bəyan etmişdi ki, dörd il sonra çinlilərin planetlərarası səyahətinə başlanacaq. 2020-ci ilin yayında Haynan əyalətinin Vençay kosmodromunda “Çançjen-5” (Böyük yürüş) raketdaşıyıcısının səmaya buraxılması nəzərdə tutulur. Əvvəlcə, Çinin nəhəng raketdaşıyıcısının köməkliyi ilə Yer kürəsinin orbitindən “qırmızı planet”də tədqiqat aparmaq üçün Marsa zond göndərilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]