Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti istiqamətində görüləcək işlər dəyərləndirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Çinin aparıcı enerji şirkətlərindən olan “China Energy International Group”un icraçı prezidenti Lin Xiaodanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə bərpa olunan enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə olunub. Həmçinin Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülə biləcək işlər nəzərdən keçirilib.
Müzakirələr zamanı hazırda icra olunan yaşıl enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]