Çin hərbi dəniz qüvvələrinin 70 illik yubileyi münasibətilə parad keçiriləcək
Bakı, 29 mart, AZƏRTAC
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) hərbi dəniz qüvvələrinin yaranmasının 70-ci ildönümü münasibətilə aprelin 23-də hərbi dənizçilik paradı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin sonlarında hərbi dəniz qüvvələrinin yaranmasının ildönümünə həsr olunan müxtəlif tədbirlər təşkil olunacaq. Çindao sahil şəhərində keçiriləcək həmin tədbirlərdə 60-dan çox ölkənin hərbçilərinin, habelə hərbi gəmilərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, ÇXAO-nun hərbi dəniz qüvvələri 1949-cu il aprelin 23-də yaradılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]