ÇİN RİYAZİYYATÇILARI PUANKARENİN FƏRZİYYƏSİNİ SÜBUTA YETİRMİŞLƏR
Puankareyə görə, qapalı üçölçülü istənilən “dəliksiz səth” (birəlaqəli müxtəliflik) üçölçülü kürəyə, yəni dördölçülü kürənin səthinə bərabərdir. Eynşteynin nisbilik nəzəriyyəsinin riyazi yolunun müəllifi olan Puankare ilkin əsaslandırmasını təqdim etmiş, lakin sonradan öz fikirlərində səhv tapmışdır. Həmin fərziyyəni bu şəkildə 2003-cü ildə Rusiya alimi Qriqori Perelman sübuta yetirmişdir. Onun 70 səhifəlik elmi işini indiyədək yoxlayırlar. Digər hallar – dörd və daha yuxarı ölçülər bundan əvvəl nəzərdən keçirilmişdi.
Müəlliflərin sözlərinə görə, Çin alimlərinin “Asian Journal of Mathematics”da (“Asiya Riyaziyyat jurnalı”) dərc etdirdikləri yeni 300 səhifəlik məqalə müstəqil olmayıb, ilk növbədə, Perelmanın nəticələrinə əsaslanır. Çju Sipin və Sao Xuaydun deyirlər ki, hazırda Perelmanın müəyyənləşdirdiyi bəzi çətinliklər aradan qaldırılmışdır. Məlumdur ki, sübut işi üzərində Şin-Tun-Yau da iştirak etmişdir. Onun topoloji əsərləri, məsələn, Kalabi-Yaunun müxtəlifliyi nəzəriyyəsi müasir simlər nəzəriyyəsinin əsasını təşkil edir.
Yeni elmi iş də uzunmüddətli yoxlama tələb edir.