Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin şirkətlərinin Azərbaycana investisiya qoymaqda maraqlı olmaları ölkəmizin iqtisadi inkişafının əyani təzahürüdür

Çin şirkətlərinin Azərbaycana investisiya qoymaqda maraqlı olmaları ölkəmizin iqtisadi inkişafının əyani təzahürüdür

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan iqtisadiyyatı son illərdə sabitlik və dayanıqlı inkişaf nümayiş etdirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətləri üçün də Azərbaycanın investisiya bazarını cəlbedici edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir və iki ölkə arasında strateji tərəfdaşlığın əsas sütunlarından birinə çevrilir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir. Çin şirkətlərinin Azərbaycana investisiya marağının artması iqtisadiyyatın diversifikasiyası, regionda inteqrasiyanın gücləndirilməsi və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açır.

“ŞƏT plyus” formatında keçirilən görüşlərdə iştirak etmək üçün Çinin Tiencin şəhərinə işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ilə bu ölkənin bir neçə şirkət rəhbərlərinin görüşləri Azərbaycan iqtisadiyyatının beynəlxalq səviyyədə cəlbediciliyinin bariz nümunəsidir və ölkələrimiz arasında əməkdaşlığın strateji əhəmiyyətini, perspektivlərini nümayiş etdirir, həmçinin Çin şirkətlərinin Azərbaycana olan investisiya marağının artdığını və ölkəmizin regionda iqtisadi güc kimi mövqeyinin yüksəldiyini təsdiq edir. Bu şirkətlər transmilli olmaqla yanaşı, qlobal miqyasda fəaliyyət göstərir və böyük investisiya potensialına malikdirlər. Onların müxtəlif sahələrdə — energetika, nəqliyyat, texnologiya, tikinti və digər strateji sektorlarda fəaliyyət göstərməsi Azərbaycanla Çin arasında əməkdaşlığın çoxşaxəli və dinamik olmasını təmin edir.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artması və əməkdaşlıq layihələrinin genişlənməsi Azərbaycan-Çin münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir.

Azərbaycan və Çin arasında əməkdaşlıq yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həmçinin siyasi və strateji səviyyədə də güclü tərəfdaşlıq mövcuddur. Bu əlaqələr “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla yanaşı, Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib. İkitərəfli əlaqələrin inkişafı iki ölkənin strateji maraqlarını və regionda sabitliyi təmin edir.

Dövlət başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşü və bu görüşdə neft-kimya sənayesi, neft emalı və kimyəvi məhsulların istehsalı sahələrində əməkdaşlığın müzakirə olunması, Azərbaycanın iqtisadi və sənaye inkişafı baxımından çoxşaxəli və strateji faydalar vəd edir.

CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində yüzlərlə meqalayihəni həyata keçirmiş transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana investisiyaya cəlb olunması ən son texnologiyaların ölkəyə gətirilməsinə, mövcud neft-kimya infrastrukturlarının (“SOCAR Polymer”, Sumqayıt Kimya Parkı və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun dərinləşməsinə, neft-kimya sektorunun diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya və kapital axınına şərait yarada bilər. Bu, Azərbaycanın xammaldan hazır məhsula keçid strategiyasını sürətləndirəcək. İki ölkə arasında əməkdaşlıq Azərbaycanın iqtisadi dayanıqlılığını gücləndirən və onu regional sənaye mərkəzinə çevirə biləcək bir addımdır.

Qeyd edək ki, CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Okeaniya daxil olmaqla, dünyada çoxsaylı layihələr icra edir. 2022-ci ilədək şirkət 1200 dən çox layihə həyata keçirib, dünyanın 55 ölkəsində fəaliyyət göstərib. 2022-ci ildə CNCEC ümumi podratçılar arasında gəlirə görə dünyada 16 cı, yalnız xarici layihələrdən gəlirə görə isə 20 ci yeri tutub. CNCEC-in 2023-cü ildə dövriyyəsi 179,2 milyard yuan təşkil edib. 2023-cü il şirkətin xalis mənfəətində təqribən 5,43 milyard yuan məbləğində artım qeydə alınıb. “Eulerpool” açıqladığı rəqəmlərə görə, bu il şirkətin dövriyyəsi 202,41 milyard yuan olub ki, bu da ötən ilə nisbətən əhəmiyyətli artım deməkdir.

Prezident İlham Əliyevin “Powerchina Group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə müzakirə olunan sahələr yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və avadanlıq istehsalı — Azərbaycan üçün çox strateji və əhəmiyyətli əməkdaşlıq istiqamətləridir. “Powerchina”nın yaşıl enerji üzrə təcrübəsi Azərbaycanda günəş, külək və yaşıl hidrogen layihələrinin reallaşmasına töhfə verə bilər. Bu, ölkənin enerji balansını təmiz enerji mənbələri ilə zənginləşdirəcək, karbon izinin azalmasına yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ enerji formaları Azərbaycana enerji diversifikasiyası və beynəlxalq ekoloji standartlara uyğunluq imkanı verəcək.

Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlıq çərçivəsində “Powerchina”nın fəaliyyəti iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli platformadır. Bu şirkətin layihələri Çin-Azərbaycan ticarət dövriyyəsini və investisiya mübadiləsini daha da gücləndirə bilər.

“Powerchina Group” ilə əməkdaşlıq Azərbaycanın enerji, ekoloji və infrastruktur sahələrində modernləşməni sürətləndirir, davamlı, yaşıl iqtisadi artımı dəstəkləyir və yerli sənayenin inkişafına təkan verir. Çin üçün isə strateji bazar və texnologiya ixracı imkanlarını artırır. Bu əməkdaşlıq regionda qarşılıqlı faydalı və uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün vacib addımdır.

Xatırladaq ki, “PowerChina” şirkəti infrastruktur, enerji və hidroenergetika layihələrində qlobal miqyasda mühəndislik və tikinti xidmətləri göstərən nəhəng korporasiyadır. Şirkət, əsasən dünyasəviyyəli dövlət mənsubiyyətli mühəndislik-tikinti və investisiya qrupu olaraq, hidroenerji, təmiz və bərpaolunan enerji, infrastruktur, su resursları və ətraf mühit kimi strateji sahələrdə gücünü göstərir. Geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil edən şirkətin fəaliyyəti 130-dan çox ölkə və bölgədə mövcuddur.

Prezident İlham Əliyev “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu, CCCC-nin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunda mühüm rol oynaya biləcəyinin göstəricisidir. “CCCC”nin Azərbaycandakı perspektivləri limanların inkişafı, şəhər nəqliyyatı, ekoloji layihələr və regional tranzit infrastrukturu sahələri üzrə geniş imkanlar yaratdığını göstərir. Bu, həm “CCCC” üçün yeni bazar fürsəti, həm də Azərbaycana strateji infrastruktur yatırımları baxımından faydalı əməkdaşlıq imkanları açır.

Qeyd edək ki, “CCCC” həm də dünya miqyasında “Belt and Road Initiative” (BRI) layihələrinin əsas icraçılarındandır. 2024-cü ildə şirkətin ümumi dövriyyəsi 768,2 milyard yuan təşkil edib ki, bu da 2023 cü ilə nisbətən 1,7 faiz artım deməkdir. Şirkət 150-yə yaxın ölkəyə məhsul və xidmət təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin “China Electronics Technology Group Corporation” (CETC) korporasiyasının baş direktoru Cu Pen ilə görüşündə isə rəqəmsal texnologiyalar, idarəetmə sistemlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyat, milli şəbəkə təhlükəsizliyi, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlığın müzakirəsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən perspektivləri özündə ehtiva edir. CETC ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirəcək, milli idarəetmə sistemlərinin səmərəliliyini artıracaq, kibertəhlükəsizliyi təmin edəcək, rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək. Bu, eyni zamanda, Çin üçün yeni bazarlar və beynəlxalq nüfuzun artması deməkdir.

İki ölkə arasında əməkdaşlıq Çin və Azərbaycanın rəqəmsal dövrün çağırışlarına cavab verməsi və qarşılıqlı faydalı strateji tərəfdaşlıq qurması üçün mühüm addımdır. CETC üçün Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrlə rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirmək, texnologiyalarını beynəlxalq səviyyədə tətbiq etmək böyük önəm daşıyır. Bu, Çin rəqəmsal texnologiyalarının dünya bazarlarında nüfuzunu artırmaq və qabaqcıl məhsullarını göstərmək üçün fürsətdir.

Qeyd edək ki, şirkətin 2023-cü ilin məlumatına əsasən, illik gəliri təxminən 500 milyard yuandır. İllik gəlirin təxminən 10 faizdən çoxu (50 milyard yuan) tədqiqat və inkişaf işlərinə sərf olunur. Şirkətin 40-dan çox ixtisaslaşmış tədqiqat müəssisəsi və texnoloji mərkəzi var. 30-dan çox ölkədə rəqəmsal transformasiya və kibertəhlükəsizlik layihələri həyata keçirir. İllik təxminən 3000-4000 yeni patent alır ki, bu da CETC-in Çin elektronik və rəqəmsal texnologiyalar sahəsində liderlərdən biri olduğunu göstərir.

Prezident İlham Əliyevin “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşü iki ölkə arasında enerji və ekoloji sahələrdə əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlıqda Azərbaycan enerji sektorunda bərpaolunan enerji və ekoloji layihələr vasitəsilə davamlı inkişafını sürətləndirəcək, su resurslarının idarəolunmasında müasir texnologiyalara yiyələnəcək. Çin isə bu əməkdaşlıqla regionda strateji bazarını genişləndirəcək, texnologiya ixracını artıracaq və “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyəcək. Bu qarşılıqlı faydalı əməkdaşlıq həm iqtisadi, həm də ekoloji sferada yeni imkanlar yaradır. “Energy China”nın təcrübəsi Azərbaycanda ekoloji və enerji infrastrukturlarının yenilənməsində, yeni iş yerlərinin yaradılmasında və investisiyaların cəlb olunmasında mühüm rol oynayacaq. “Energy China” həm ənənəvi, həm də bərpaolunan enerji sahələrində qlobal liderdir və Azərbaycan kimi tərəfdaş ölkələrdə enerji infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayır. Şirkətin güclü maliyyə resursları və geniş beynəlxalq təcrübəsi onun regionda davamlı və ekoloji təmiz layihələr həyata keçirməsinə zəmin yaradır.

Şirkətin 2023-cü ilin sonuna əsasən illik gəliri təxminən 857 milyard yuandan çox, ümumi aktivləri təxminən 2 trilyon yuan təşkil edir. Şirkət 100-dən çox ölkədə 1500-dən artıq enerji və infrastruktur layihələri həyata keçirir. İllik təxminən 142 milyard yuan dəyərində yeni layihələrə sərmayə qoyur. Bərpaolunan enerji layihələrinin payı ümumi gəlirin 30 faizdən çoxu yaşıl enerji sektorundan gəlir. Su resurslarının idarə olunması və tullantıların təmizlənməsi layihələri əsas inkişaf prioritetlərindən biri olub, bu sahəyə ayrılan investisiya illik 3 milyard dollar səviyyəsindədir.

Dövlətimizin başçısının “Sichuan Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşü Azərbaycan-Çin strateji tərəfdaşlığının enerji sektorunda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ələt Azad İqtisadi Zonasında müasir texnoloji standartlara cavab verən günəş panelləri istehsal müəssisəsinin yaradılması həm iqtisadi, həm də texnoloji baxımdan böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycan üçün enerji sektorunda dayanıqlı və ekoloji təmiz istehsalın inkişafını sürətləndirəcək, ixracyönümlü istehsalın təşviqi ilə iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, regionda bərpaolunan enerji sənayesində liderlik mövqeyini gücləndirəcək.

Çin üçün isə Azərbaycanın əlverişli investisiya mühiti və strateji mövqeyindən istifadə edərək, yüksək texnologiyalı məhsulların dünya bazarlarına ixracını artırmaq imkanı yaranacaq. Çin şirkətləri regionda öz mövcudluğunu genişləndirərək beynəlxalq rəqabətdə üstünlük qazanacaqlar.

Ölkələrimiz arasında əməkdaşlıq həm iqtisadi inkişaf, həm də strateji tərəfdaşlıq baxımından hər iki ölkə üçün qarşılıqlı faydalı və uzunmüddətli perspektivlər vəd edir. Azərbaycanın yaşıl enerji sahəsində texnoloji tərəqqisi Çin investisiyalarının dəstəyi ilə daha da sürətlənəcək, iki ölkənin strateji əlaqələri möhkəmlənəcək.

Qeyd edək ki, “Sichuan Sunsync Photovoltaic Technology Co” Çinin Sichuan əyalətində yerləşən qabaqcıl günəş enerjisi texnologiyaları şirkətidir. Əsasən günəş panellərinin istehsalı və günəş enerjisi sistemlərinin layihələndirilməsi üzrə ixtisaslaşan şirkətin illik istehsal gücü 1 giqavatdan çox fotovoltaik modul istehsal edir. Şirkət Çin daxilində və Asiya, Avropa və Şimali Amerika bazarlarında fəaliyyət göstərir.

Bu şirkətlərin Azərbaycana investisiya yatırmaq üçün maraq göstərməsi ölkəmizin beynəlxalq iqtisadi məkanda öz mövqeyini möhkəmləndirməsi və Çin ilə əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çin şirkətlərinin transmilli təcrübəsi və investisiya potensialı Azərbaycanın inkişafına töhfə verərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə daşıyacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO