Çin Türkiyədəki yatırımlarının həcmini iki dəfə artıracaq
Bakı, 28 mart, AZƏRTAC
Çin 2021-ci ilədək Türkiyədəki yatırımlarının həcmini iki dəfə artıracaq. Bununla da rəsmi Pekinin qardaş ölkədəki yatırımlarının həcmi 6 milyard dollar təşkil edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çinin Türkiyədəki səfiri Denq Li məlumat verib. Səfirin sözlərinə görə, iki ölkə arasında maliyyə, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparılır.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 23 milyard dollar təşkil edir. Türkiyədə 8 min çinli çalışır. Denq Li Türkiyəyə gələn çinli turistlərin də sayında artım olduğunu deyib. Bildirib ki, 2021-ci ilədək turistlərin sayının 1 milyon 200 minə qədər artacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]