Çin yarımkeçiricilər sektorunda idxalı əvəzləməyi hədəfləyir
Bakı, 6 may, AZƏRTAC
Çin yarımkeçiricilər sektorunda texnoloji suverenliyə nail olmaq istiqamətində irəliləyir və idxalı əvəzləməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei Asian Review” nəşrinə istinadla məlumat verilib.
Məlumata görə, ölkədə silisium plastinaları istehsalının lokallaşma səviyyəsi bu ilin sonuna qədər 70%-ə çatacaq və 2026-cı ilə qədər bu göstəricini keçə bilər.
Silisium plastinaları mikroelektronika üçün əsas komponentdir və prosessorlar, kontrollerlər, yaddaş mikrosxemləri məhz onların üzərində hazırlanır.
Artımın əsas hərəkətverici qüvvələrindən biri “Xian Eswin Material Technology” şirkətidir. Şirkət ilin sonuna qədər ayda 1,2 milyon plastina istehsal etməyi planlaşdırır ki, bu da 300 mm ölçülü plastinalar üzrə daxili tələbatın təxminən 40%-ni təmin edəcək.
Qeyd olunur ki, Çin istehsalçıları artıq həm yerli, həm də “TSMC”, “Samsung” və digər qlobal şirkətlərin təchizat zəncirlərində yer alır. Son beş ildə onların qlobal bazardakı payı 3%-dən 28%-ə yüksəlib və bu il 32%-ə çatacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]