Çin: Yaxın Şərqdəki müharibələr ABŞ-ın ikili standartlar siyasətini ifşa edir
Bakı, 26 sentyabr, AZƏRTAC
Çinin xarici işlər naziri Van Yi bildirib ki, Yaxın Şərqdəki hazırkı müharibələr ABŞ-ın insan haqlarına dair ikili standartlarını ifşa edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Van Yi sentyabrın 25-də Nyu-Yorkda keçirilən toplantıda BMT-nin insan haqları üzrə rəhbəri Volker Türkə müraciət edərək deyib: “Əgər Birləşmiş Ştatlar müsəlmanların insan haqlarına bu qədər əhəmiyyət verirsə, nə üçün Yaxın Şərqdə və digər bölgələrdə çoxlu sayda günahsız müsəlmanın ölümünə səbəb olan müharibələri təhrik etməyə və ya dəstəkləməyə davam edir, niyə ərəb xalqının üzləşdiyi tarixi ədalətsizliyə göz yumur və Fələstinin Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü olmasını dəstəkləmir?”.
Çinin xarici siyasət idarəsinin rəhbəri, həmçinin Vaşinqtonun davamlı atəşkəsə nail olmaqda və qoşunların Qəzza zolağından tamamilə çıxarılmasına kömək etmədiyini diqqətə çatdırıb. O iddia edib ki, ABŞ kimi ölkələrin insan haqları məsələlərində siyasi manipulyasiyası artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunmur. Van Yi bildirib ki, Çinin şimal-qərbindəki Sincan əyalətində uyğurlarla bağlı məsələlər Pekinə qarşı qarayaxma aləti kimi istifadə edilir.
Van Yi daha sonra deyib: “Müsəlman ölkələrinin böyük əksəriyyəti ABŞ-ın hiylələrini çoxdan görüb və başa düşürlər ki, Vaşinqton insan haqları məsələsindən Çinin və digər inkişaf etməkdə olan ölkələrin daxili işlərinə qarışmaq üçün bəhanə kimi istifadə edir”. O əlavə edib ki, Çin bərabərlik əsasında insan hüquqları məsələlərində bütün ölkələrlə dialoq aparmağa hazırdır. “Çinin qapıları dünyaya açıqdır və o, bütün millətlərdən olan dostlarını ölkədəki reallığın şahidi olmağa dəvət edir”, deyə Çin rəsmisi sözlərinə yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]