ÇİNDƏ KEYFİYYƏTSİZ PEYVƏNDDƏN HƏR İL ON MİNLƏRLƏ İNSAN ÖLÜR
Ən ağır vəziyyət Çinin iqtisadi cəhətdən geri qalmış qərb bölgələrində yaranmışdır. Orada tibbi xidmətin keyfiyyəti son dərəcə aşağıdır. Ucqar kəndlərdə profilaktik peyvəndləmə və qanalma zamanı immunitet çatışmazlığı virusu və B hepatiti ilə (qaraciyərin iltihabı) yoluxma halları daha geniş yayılmışdır. Tibb avadanlığı çatışmadığından yerli həkimlər təhlükəsizlik qaydalarını kobudcasına pozaraq, birdəfəlik şprislərin 70 faizindən təkrar istifadə edirlər.
Mütəxəssislərin fikrincə, bu, ölkədə ölümcül xəstəliklərin artmasının əsas amillərindən biridir. Rəsmi məlumata görə, hazırda Çində 840 min nəfər immunitet çatışmazlığı virusunun daşıyıcısı və 120 milyon B hepatiti ilə yoluxmuş xəstə var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]