Çində sakinlərinin sayı bir milyon olan 93 şəhər var
Pekin, 20 aprel, AZƏRTAC
Çində urbanizasiya prosesinin sürətlənməsi nəticəsində sakinlərinin sayı bir milyon olan şəhərlərin sayı 93-ə çatıb.
AZƏRTAC CGTN elektron nəşrinə istinadla xəbər verir ki, Çində iqtisadi islahatların həyata keçirildiyi son 40 ildə bu cür şəhərlərin sayı 4 dəfədən çox artıb. Ciansu və Şandon vilayətlərinin hər birində 10 şəhərin sakinlərinin sayı 1 milyondan çoxdur. Çinin ən böyük iqtisadi vilayəti olan Quandonda isə 8 belə şəhər var. Onların 7-si dünyada ən sıx urbanizasiya zonası olan Mirvari çayının deltasında yerləşir. Təkcə iri iqtisadi mərkəzlər olan Quancou və Şencen şəhərlərinin ümumi əhali sayı 30 milyona yaxındır.
Çinin Ev Tikintisi, Şəhərlərin və Kənd Rayonlarının İnkişafı Nazirliyinin statistikasına əsasən, ölkədə hazırda 6 meqaşəhər (sakinlərinin sayı 10 milyondan çox olan), 10 böyük şəhər (5-10 milyon nəfər) və 14 şəhər (3-5 milyon nəfər) var.
Qeyd edək ki, əhalisinin sayı 1,4 milyard nəfər olan Çin bu göstərici üzrə dünyada birincidir. Ölkə əhalisinin təxminən 60 faizi şəhərlərdə məskunlaşıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]