Çingiz Hüseynzadə: Füzulidə təşkil edilən yarışın böyük əhəmiyyəti var
Füzuli, 17 oktyabr, AZƏRTAC
"Füzulidə təşkil edilən yarışın böyük əhəmiyyəti var. Bu gün həm də şəhərin işğaldan azad olunduğu tarixidir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə təşkil edilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.
O, əcnəbi qonaqların yarışı izləməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib: "Bakıda ilk dəfə keçirilən gimnastikanın “TeamGym” növü üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir. Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" turniri təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək”.
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]