ÇİNİN HƏRBİ GÜCÜ HAQQINDA PENTAQONUN MƏRUZƏSİ PEKİNİN XOŞUNA GƏLMƏDİ
Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “ABŞ-ın Müdafiə Nazirliyi indiyədək “soyuq müharibə” kateqoriyaları ilə düşünür. O, Çinin hərbi gücünü və hərbi xərclərini şişirdir, özünün “Çin təhlükəsi nəzəriyyəsini” yayır. Bu hesabat beynəlxalq münasibətlər normalarını ciddi surətdə pozur və Çinin daxili işlərinə kobudcasına müdaxilə deməkdir”.
Bu ara “Çikaqo tribyun” qəzeti yazmışdır ki, Çin öz ordusunu modernləşdirmək sürətini artırır. Bir neçə gün əvvəl Çinin Elm, Texnologiyalar və Sənaye Komissiyası sənayenin yüksək texnoloji sahələrinin inkişaf etdirilməsi barədə ÇXR Sədri Xu Szintaonun bəyəndiyi planı açıqlamışdır. Planda hərbi təyinatlı texnologiyaların da inkişaf etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ Konqresi üçün hazırlanmış məruzədə Pentaqon ekspertləri Çinin regionda öz hərbi nüfuz dairəsini genişləndirmək səylərinin, onun hərbi büdcəsinin şəffaf olmamasının, ölkəyə güclü hücum ediləcəyi təqdirdə Pekinin nüvə zərbəsini birinci endirə biləcəyi barədə Çinin yüksəkvəzifəli hərbçilərinin bəyanatlarının narahatlıq doğurduğunu bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]