ÇİNİN ÖLKƏMİZDƏKİ SƏFİRİ MİNGƏÇEVİRDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Siyun Mingəçevirdə olmuşdur. Qonaq Azərbaycan DRES və toxuculuq kombinatı ilə tanış olmuşdur. Səfiri şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı müşayiət etmişdir.