Çinin Uxan şəhərində simptomsuz COVID-19 daşıyıcısı qalmayıb
Bakı, 16 iyun, AZƏRTAC
Uxan şəhərində keçirilən kütləvi analizlər nəticəsində qeydə alınan bütün simptomsuz COVID-19 daşıyıcıları testlərinin cavabları ardıcıl olaraq iki dəfə mənfi nəticələndikdən sonra karantin rejimindən çıxıb.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, şəhərin səhiyyə məsələləri üzrə komitəsinin məlumatına görə, hazırda Uxanda simptomsuz koronovirus daşıyıcılarının sayı sıfıra endirilib. Komitə mayın 14-dən iyunun 1-dək şəhərdə ümumi koronavirus yoxlaması keçirildiyini və nəticədə 300 nəfər simptomsuz infeksiya daşıyıcısının aşkarlandığını xatırladıb.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Pandemiyanın statistikasını aparan Worldometer saytında yerləşdirilən məlumata görə, Çində indiyə qədər 83 min 221 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 634 xəstə isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Hazırda müalicə alan 210 xəstədən 3-nün vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]