ÇİNİN ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKMİŞ RAYONLARINDA İNFRASTRUKTURUN BƏRPASI ÜÇÜN AZI ÜÇ İL LAZIM OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Çinin zəlzələdən zərər çəkmiş rayonlarında infrastrukturun bərpası üçün azı üç il lazım olacaqdır. Bunu 8 ballıq yeraltı təkanların episentrinin yerləşdiyi Sıçuan cənub-qərbi əyalətinin vitse-qubernatoru Li Çenyun bildirmişdir.
Hökumət orqanlarının rəsmi məlumatına görə, zəlzələdən ən çox zərər çəkmiş bu əyalətdə 5,4 milyon ev uçulmuş, təqribən daha bu qədər binaya ciddi ziyan dəymişdir və onların əsaslı təmirə ehtiyacı vardır. Bu rayonda dəmir yol və avtomobil yolları, elektrik təchizatı və boru kəməri sistemi pozulmuşdur. Ziyanın ümumi məbləği hələlik dəqiqləşdirilir.
Hazırda 55 min 239 nəfərin həlak olduğu təsdiq edilmişdir, təqribən 25 min sakin itkin düşmüş hesab olunur. Zərər çəkmiş rayonlarda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün intensiv tədbirlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]