RƏSMİ XRONİKA
“ÇONQVADE” SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Xatırladaq ki, rəsmi qarşılanma mərasimi ilk dəfə idi tamamilə yeni proqram əsasında hazırlanmışdı. Belə ki, dövlətimizin başçısını gətirən maşın həyətin girişində milli geyimli koreyalılar tərəfindən əhatəyə alındı və onların müşayiəti ilə sarayın qarşısına gətirildi. Bu, Azərbaycana və onun dövlət başçısına hörmətin təzahürü idi.
Azərbaycan Prezidentinin şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.
Sarayın önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Koreya Respublikasının Prezidenti Ro Mu Hyun və xanımı Kvon Yanq Suk böyük hörmət və ehtiramla qarşıladılar.
Dövlət başçıları və xanımları milli bayramı nümayiş etdirən bayraqlar altından keçdilər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildi.
Prezidentlər fəxri qarovul dəstəsinin önündən keçdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və xanımı bu maraqlı qarşılanma mərasimini izləmək üçün buraya toplaşan məktəblilərlə mehribancasına görüşdülər. Onların əllərində hər iki ölkənin dövlət bayraqları var idi. Uşaqlar ali qonağı və onun xanımını hərarətlə salamladılar.
Azərbaycanın nümayəndə heyəti Prezident Ro Mu Hyuna, Cənubi Koreyanın rəsmi şəxsləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Azərbaycan Prezidenti sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.