Ciorcia Meloni: İtaliya davamlı sülh əldə olunanadək Ukraynaya dəstəyini davam etdirəcək
Roma, 6 oktyabr, AZƏRTAC
İtaliya ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynaya dəstəyini davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni İspaniyanın Qranada şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 3-cü Zirvə Toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.
İtaliya Nazirlər Şurasının məlumatına görə, C.Meloni görüşdə ölkəsinin Ukraynada vacib infrastrukturun qorunması və Kiyevin qışa hazırlıq ehtiyaclarının təmin olunması üçün hərtərəfli dəstəyi davam etdirəcək.
V.Zelenski öz növbəsində Ukrayna hakimiyyətinə və xalqına göstərdikləri davamlı dəstəyə görə İtaliya hökumətinə təşəkkürünü bildirib.
Liderlər, həmçinin ərzaq böhranı ilə üzləşən Afrika ölkələrinə taxılın daşınması yollarını müzakirə ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:58]
Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]