“COĞRAFİ OBYEKTLƏRİN ADLARI HAQQINDA” YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR
Yeni qanun ölkə ərazisində coğrafi obyektlərə ad verilməsi, köhnə adların bərpası, dəyişdirilməsi, habelə, xalqımızın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adlarının normallaşdırılması, işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsindəki fəliyyətin hüquqi əsaslarını müəyyən edəcəkdir. Sənəddə deyilir ki, coğrafi adlar dedikdə, təbii və antropogen mənşəli, bütöv və nisbətən sabit ərazi törəmələri - materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar, dağlar, zirvələr, meşələr, çaylar, buzlaqlar, səhralar və digər təbii obyektlər, dövlətlər, sərhədlər, rayonlar, qəsəbələr, kəndlər və digər yaşayış məntəqələri, hava və dəniz limanları, dəmir yolu, metro stansiyaları, milli parklar təbii qoruqlar və bu kimi obyektlər nəzərdə tutulur. Qanun ölkə ərazisində yerləşən coğrafi obyektlərin, tədqiqatçılarımız tərəfindən kəşf edilmiş Yerin coğrafi obyektlərinin müəyyənləşdirilməsi, normallaşdırılması və s. kimi fəaliyyətə də şamil ediləcəkdir.
Layihədə, həmçinin, coğrafi adların işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsində müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri də müəyyənləşdirilmişdir. İcra hakimiyyəti orqanlarına coğrafi adlarla bağlı dövlət siyasətinin müəyyən edilməsi, beynəlxalq əməkdaşlıq, coğrafi adların işlədilməsi və qorunub saxlanılmasına nəzarət, coğrafi obyektlərə ad verilməsi və dəyişdirilməsi kimi məsələlər həvalə edilir. Qanunun tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanı coğrafi adların işlədilməsinin təmin edilməsi və həmin adların qorunub saxlanılması məqsədi ilə Coğrafi Adların Dövlət Kataloqunu yaratmalı, coğrafi obyektlərin adları lüğətlərini, sorğu kitablarını, habelə, xəritə və atlaslarını hazırlayaraq nəşr etdirməlidir.
Sənədə görə, adlar müəyyənləşərkən coğrafi adın ən səciyyəvi xüsusiyyətləri əks etdirilməli, onun yerləşdiyi ərazinin coğrafi tarixi, təbii şəraiti, əhalinin rəyi nəzərə alınmalı və üç sözdən artıq olmamalıdır. Bir ərazi hüdudları daxilində bir neçə coğrafi obyekt eyni cür adlandıqda, coğrafi obyektin tarixi adını bərpa etmək zərurəti yarandıqda və coğrafi obyektin funksiyası və ya təyinatı əhəmiyyətli dərəcədə dəyişdikdə həmin adlar dəyişdirilə bilər.
Sənəddə o da deyilir ki, xalqımızın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]